İlk azərbaycanlı hərbi topoqraf haqqında sərgi

 

 

 

   Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində ilk azərbaycanlı hərbi topoqraf, general-mayor İbrahim ağa Vəkilovun (1853-1934) anadan olmasının 165 illiyi münasibətilə sərgi təşkil edib.

   Açıq havada keçirilən sərgidə AXC-nin yaranmasında xüsusi rolu olan Milli Şura üzvləri haqqında, Azərbaycanının tarixini əks etdirən kitablar nümayiş olunub.

   Kitabxananın direktoru Solmaz Babanlı, MKS-nin direktor müavini Münəvvər Süleymanlı, digər çıxış edənlər İbrahim ağa Paşa oğlu Vəkilovun həyat və fəaliyyəti haqqında məlumat veriblər. Bildirilib ki, İ.Vəkilov Qafqazda general-mayor rütbəsinə layiq görülmüş yeganə hərbi topoqraf olub. Sərgi rayon ictimaiyyəti və məktəblilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.7.