Uşaq Filarmoniyasının təqdimatında "Buratinonun sərgüzəştləri"

 

 

   Azərbaycan Dövlət Uşaq Filarmoniyası mayın 15-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Buratinonun sərgüzəştləri" tamaşasını təqdim edib.

   Rus yazıçısı Aleksey Tolstoyun əsəri əsasında məşhur film çəkilib, konsert-tamaşa versiyaları hazırlanıb.

   Uşaq Filarmoniyasının balaca aktyorları da uzun zamandan bəri bu tamaşaya hazırlaşırdılar. O üzdən də həyəcanlı, bir o qədər də sevincli idilər. Onların çıxışları zalda əyləşən balaca izləyicilərinin alqış sədaları ilə müşayiət edilirdi. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri balaca tamaşaçıları sanki nağıllar aləminə aparırdı.

   Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, səhnə tərtibatı Dilarə Əliyevaya məxsusdur.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.6.