Kənd kitabxanasında tədbir

 

 

    Lerik rayonundakı Siyov kənd kitabxanasında müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

   Kitabxananın müdiri Gündüz Ağayev, şair-publisist Rövşən İmanov, kənd orta məktəbinin direktoru İlham Əmirov, ağsaqqal ziyalı Əhmədağa Rəhimov başqa çıxış edənlər ümummilli liderin siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətlərindən söz açdılar.

   Kənd məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söylədilər, "Böyük ömrün anları" adlı kompozisiya nümayiş etdirdilər.

   Zəfər Orucoğlu

 

Mədəniyyət.- 2018.- 18 may.-S.7.