Xalq yazıçısı Elçinin "Baş" romanı Misirdə nəşr olunub

 

 

   Xalq yazıçısı Elçinin "Baş" romanı Misirdə ərəb dilində çapdan çıxıb. Nəşr Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr çərçivəsində ərsəyə gəlib.

   Mərkəzdən bildiriblər ki, Misirin "Ən-Ədəb" nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Əl-Aydi tərcümə edib.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.9.