Xaçmazlı tamaşaçılar Qusar teatrının "Pəri cadu"suna baxıblar

 

 

   “Sərhədsiz teatr" festivalına qatılan Qusar Dövlət Ləzgi Dram Teatrı mayın 16-da Heydər Əliyev adına Xaçmaz Mədəniyyət mərkəzinin səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərini təqdim edib.

   Nümayişdən öncə Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov çıxış edərək festival haqqında tamaşaçılara bilgi verib.

   Tamaşada əsas rolları Lalə Qurbanova (Pəri cadu) və Bağır Əhmədov (İblis) canlandırıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Səhnə əsəri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.8.