Küveytdə Cümhuriyyətin 100 illiyinə həsr edilmiş konsert

 

Küveytin paytaxtı Əl Küveyt şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin, Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Küveytin dövlət naziri Adil Əl XurafiKüveyt əmirinin nəvəsi Şeyx Talala iştirak ediblər.

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Baku Chamber Orchestra" Gənclər kamera orkestri və tanınmış musiqiçilər çıxış ediblər. Orkestrin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artisti, pianoçu Yeganə Axundova, Xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları - Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, Sədəf Budaqova iştirak ediblər.

Orkestrin ifasında Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Aqşin Əlizadə, Antonio Vivaldi və Fərhad Bədəlbəylinin əsərləri yüksək peşəkarlıqla səsləndirilib və alqışlarla müşayiət olunub.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.12.