Birgə layihələr həyata keçiriləcək

 

 

 

   Mayın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupovla görüşüb.

   Görüş zamanı G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun hazırkı və gələcək fəaliyyətinə toxunaraq, Türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. 2018-ci ilin Türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olduğu vurğulanaraq, türkdilli xalqların böyük şəxsiyyətlərinə həsr olunan tədbirlərin əhəmiyyəti qeyd edilib.

   A.Mamayusupov öz növbəsində gələcəkdə bu cür tədbirlərin iki təşkilat tərəfindən birgə keçirilməsinin Türk dünyasına töhfə verəcəyinə inamını ifadə edib.

   Görüş zamanı, həmçinin cari ilin sentyabr ayında Astanada keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısında gündəmə gətiriləcək məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.9.