Milli kamera ansamblının konserti

 

 

   Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun Milli kamera ansamblının konserti keçirilib.

   Konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun "Rəqs" kompozisiyası səslənib.

   Gecədə Xalq artisti Gülyaz Məmmədova, ifaçılar Səid Rüstəmov, Nicat Cəfərzadə, Rahidə Baxış, Aqil Rzayev, Türkay Məlikova, Könül Məmmədli, Babək Şuşalı, Məmmədəli İbrahimov, Aynur İsgəndərli, Nisbət Sədrayeva, Xəlil Xəlilov, Mehri Əsədullayeva, Taleh Yəhyayev görkəmli bəstəkarlar T.Quliyev, S.Rüstəmov, E.İbrahimova, E.Sabitoğlu, F.Əmirov, R.MirişliC.Cahangirovun əsərlərini, xalq mahnılarını səsləndiriblər.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 23 may.- S.9.