Gənclər Kitabxanasının xarici əlaqələri genişlənir

 

Mayın 21-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.

Mərkəzin direktoru Əhməd Sami Əl-Aydi qurumun iyirmi ildən artıqdır fəaliyyət göstərdiyini, müxtəlif layihələrin iştirakçısı olduğunu, bir sıra təşkilatlarla müntəzəm əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ədəbiyyatla yanaşı, elektron variantda on minədək kitab da var. Direktor mərkəzdə ödənişsiz ərəb dili kurslarının təşkili barədə danışaraq kitabxana əməkdaşlarını və oxucuları da bu kurslara dəvət edib. Sonra qonaqlar Misir haqqında qısametrajlı filmə baxıblar.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında məlumat verib.

Sonda Əhməd Sami Əl-Aydi müəllifi olduğu "Müstəqillik dövrü Azərbaycan romanı" kitabından üç nüsxəni kitabxanaya hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.15.