Çin mətbəxinə dair ustad dərsləri keçirilib

 

Mayın 18-də 12 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Konfutsi İnstitutunun təşkilatçılığı ilə çinli aşpazların usta sinifləri təşkil olunub.

Tədbirdə Çin və Azərbaycan mədəniyyəti nümunələri, mahnı və şeirlər səsləndirilib. Çin mətbəxinə həsr edilmiş film nümayiş olunub.

Çindən gəlmiş ustalar Li Çan Jon, Can Min, Fan Jia XaoÇen Çian Qiu milli mətbəx nümunələri hazırlayıblar.

Qonaqlara AMKA-nın diplom və hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.15.