Musiqi məktəbi şagirdlərinin növbəti sənət hesabatı

 

 

   Mayın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında paytaxtın musiqi təhsili alan şagirdlərinin növbəti konserti keçirildi. Bu dəfə Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Uşaq musiqi məktəbinin şagirdləri sənət hesabatı ilə çıxış etdilər.

   Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, məktəbin kollektivi, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.

   Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunan konsert proqramının dirijoru Əməkdar artist Fuad İbrahimov idi.

   Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu. Şagirdlərin ifasında H.Rzayevin "Çahargah", Ə.Tağıyevin "Sən gəlməz oldun", İ.S.Baxın "Violinorkestr üçün konsert” və başqa əsərlər alqışlarla qarşılandı.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 23 may.- S.4.