"Nuri-didə Ceyhun" - Cümhuriyyətin 100 illiyi şərəfinə

 

 

   Mayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün premyerası - "Nuri-didə Ceyhun" tamaşası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunacaq.

   İdeya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin pyesi əsasında hazırlanıb.

   Tamaşa onun Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli tarixdən bəhs edir.

   Rolları əməkdar artistlər Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva və başqaları ifa edəcəklər.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.5.