Musiqili Teatrın solisti TÜRKSOY-un diplomuna layiq görülüb

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaranmasının 25-ci ildönümü ilə əlaqədar Türk dünyasının tanınmış opera ulduzları Türkiyənin Qaziantep şəhərində Beynəlxalq opera balet festivalının açılış mərasimində, həmçinin Kahramanmaraş, Hatay Adana şəhərlərində silsilə konsert proqramlarında iştirak ediblər. Türkiyə, Qazaxıstan Qırğızıstanın da qatıldığı festivalda ölkəmizi Musiqili Teatrın solisti Eleonora Mustafayeva təmsil edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçən konsertlərdə E.Mustafayeva C.Puççininin "Canni Skikki" operasından Laurettanın, F.Əmirovun "Sevil" operasından Sevilin, C.Verdinin "Trubadur" operasından Leonoranın Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyalarını oxuyub.

Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov aktrisaya qurumun adından diplom təqdim edib.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.10.