Bölgələrdə ənənəvi kitab bayramları davam edir

 

 

   Şabran rayon Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Kitab işıq dolu bir laləzardır..." mövzusunda kitab bayramı keçirilib. Çıxışlardan sonra rayon M.Nəzirov adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin və 1 saylı uşaq bağçasının balaca fidanlarının, Mədəniyyət sarayının musiqi kollektivinin musiqi nömrələri tədbirə rəng qatıb.

   ***

   Qobustan rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müxtəlif başlıqlar altında kitablar sərgilənib. MKS-nin direktoru Adilə Cəbrayılova kitab bayramının əhəmiyyətini vurğulayıb. Məktəblilər poeziya nümunələri səsləndiriblər.

   ***

   Qax şəhərində təşkil edilən "Kainatın sirrini kitablar açar" adlı tədbirdə MKS-nin direktoru G.Əhmədova, uşaq yazarı Gülzar İbrahimova, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi D.Əzizova, rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış ediblər. Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilmiş "Mən azərbaycanlıyam!" adlı bədii qiraət müsabiqəsinin iştirakçıları və kitabxananın fəal işçiləri regional idarənin fəxri fərmanları ilə təltif ediliblər.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.11.