Tbilisidə rəssam soydaşımızın sərgisi

 

 

   Gürcüstanın paytaxtında azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət "Abşeronun rəngləri" adlı sərgi açılıb.

   Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin qalereyasında təşkil olunan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-dək əsəri nümayiş etdirilir.

   Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb.

   Sərginin təşkilatçısı, Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.

   Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

   "Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse-prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.

   Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.16.