Bülbülün memorial muzeyində klassik musiqi gecəsi

 

 

   Bülbülün memorial muzeyində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası şagirdlərinin iştirakı ilə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

   Muzeyin direktoru Fərqanə Cabbarova, İncəsənət gimnaziyasının direktoru Aytən Əhmədova Xalq Cümhuriyyətinin tarixindən söz açıblar. Cümhuriyyətin yaranmasının xalqımızın dövlətçilik tarixində əzəmətli səhifə olduğu vurğulanıb.

   Tədbir gimnaziya şagirdlərinin ifaları ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.2.