Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb

 

 

   Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Gənc sinemaçılar klubu"nun üzvü, rejissor Ərturan Nəcəfi Gölün "Səs" filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında "Qızıl çinar" - ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

   Kinostudiyadan bildirilib ki, filmin rejissorssenaristi Ərturan Nəcəfi Göl, operatoru Mehdi Meyməndi, prodüseri Fariz Əhmədovdur.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.4.