"Milli folklorumuzu və dəyərlərimizi öyrənək"

 

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə mayın 23-də Xaçmaz rayonunda yaşayan xalqların və etnik qrupların zəngin musiqi mədəniyyəti ilə tanışlıq və folklor nümunələrinin toplanması məqsədilə tədbir keçirilib.

   "Milli folklorumuzu və dəyərlərimizi öyrənək" adlı tədbirdə Xaçmaz rayon Mədəniyyət mərkəzinin "Buta" folklor kollektivinin, Niyazabad, Yeni həyat, Hacıəlibəy kənd və qəsəbə folklor kollektivlərinin çıxışları BMA-nın müəllim heyəti tərəfindən izlənilib.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.5.