Musiqili Teatrın solisti Küveytdə alqışlarla qarşılanıb

 

 

   Xəbər verdiyimiz kimi, Azərbaycanın Küveytdəki səfirliyi və bu ölkənin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının birgə təşkilatçılığı ilə paytaxt Əl-Küveytdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən konsert proqramı təqdim olunub.

   Konsertdə Azərbaycan Dövlət Musiqili Teatrının solisti, gənc aktrisa Aydan Həsənovanın çıxışı alqışlarla qarşılanıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" kollektivinin müşayiəti və Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə gerçəkləşən konsertdə A.Həsənova Niyazinin "Arzu", Tofiq Quliyevin "Əziz dost" mahnılarını səsləndirib.

   Gənc solist beynəlxalq müsabiqə və festivallarda dəfələrlə uğurla çıxış edib.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.7.