Bakı Musiqi Akademiyasında görkəmli heykəltəraşla görüş

 

 

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera studiyasının böyük zalında məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüş keçirilib.

   BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli görkəmli sənətkarın Azərbaycan mədəniyyətinə töhfələrindən, yaratdığı heykəltəraşlıq nümunələrindən bəhs edib. Tədbirdə Ömər Eldarova həsr edilən "Hələ axşam olmayıb" sənədli filmi nümayiş olunub.

   Filmin ərsəyə gəlməsində əməyi keçmiş yaradıcı heyət (ssenari müəllifi və rejissoru Nicat Qurbanov, operatorlar Habil Muğanlı, Rafiq Əliyev, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyev, layihə rəhbəri Namiq Hüseynov) səhnəyə dəvət olunaraq öz ürək sözlərini bildiriblər.

   Sonra BMA-nın tələbələri konsert proqramı ilə çıxış ediblər.

   Sonda səhnəyə dəvət olunan Xalq rəssamı Ömər Eldarov öz təəssüratlarını auditoriya ilə bölüşüb.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.9.