Xətai rayonunda kitab sərgi-yarmarkası keçirilib

 

 

   Mayın 23-də Xətai rayonundakı Heydər Əliyev parkında ulu öndərin 95 illik Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilən kitab sərgi-yarmarkası təşkil olunub.

   Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.

   Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

   Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən kitab bayramlarının məqsədi müasir texnologiyaların informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılması, maarifləndirilməsi kitabların təbliğinə nail olmaqdır. Builki sərgi-yarmarkada 30-dək nəşriyyat poliqrafiya evi çap məhsullarını nümayiş etdirir.

   Sonra qonaqlar sərgi-yarmarkalarla yaxından tanış olublar. Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.9.