Mədəniyyət naziri
Salyanda vətəndaşlarla görüşüb
Biləsuvar,
Neftçala, Salyan və Cəbrayıl rayonlarından əhalinin
müxtəlif məsələlərlə bağlı
müraciətləri dinlənilib
Mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən hər ay şəhər
və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin
vətəndaşlarla növbəti görüşü
mayın 25-də Salyan şəhərində
gerçəkləşib.
Nazir Salyan şəhərindəki Heydər
Əliyev Mərkəzində Biləsuvar, Neftçala,
Salyan və Cəbrayıl
rayonlarının sakinlərini qəbul edib.
Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin
önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla
yad edib.
Qəbulda vətəndaşların
müxtəlif məsələlərlə bağlı
müraciətləri səslənib.
Biləsuvar sakinləri muzeylər üçün əşyaların alınma prosedurunun sadələşdirilməsi, işlə
təmin olunma və digər məsələlərlə
bağlı xahişlərini nazirə çatdırıblar.
Neftçaladan qəbula yazılan vətəndaşların
müraciətləri rayondakı tarixi-memarlıq əhəmiyyətli
qədim tikililərdən Bankə balıq kombinatının inzibati binası və rus
kilsəsinin restavrasiyası, əcnəbi qonaqlara
Heydər Əliyev Mərkəzində
multimedia turunun təşkili
üçün texniki
vasitələrin alınması, rayon
Mədəniyyət mərkəzinin dam örtüyünün təmir olunması, Rəsm
qalereyasına yeni əsərlərin verilməsi
barədə olub.
Salyan sakinləri ölkəmizdə Qarabağ
Müharibəsi Muzeyinin yaradılması,
rayonda ilk kütləvi
qiraətxananın açılmasının 115 illik yubileyinin respublika səviyyəsində qeyd
olunması, Kürsəngi kəndində xalça
sexinin yaradılması, mədəniyyət
ocaqlarında nümayiş olunmaq üçün yeni milli filmlərin
alınması və ödənişli xidmətin
genişləndirilməsi ilə bağlı təkliflərini
diqqətə çatdırıblar.
Cəbrayıl rayonundan məcburi köçkünlərin
müraciətləri Böyük Mərcanlı
Uşaq incəsənət məktəbinə
musiqi alətlərinin, Cocuq
Mərcanlı kənd klubuna rəqs geyimləri
və musiqi alətlərinin verilməsi və
başqa məsələlər barədə
olub.
Qəbulda vətəndaşların
müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər
araşdırılması üçün
nəzarətə götürülüb
və lazımi tədbirlərin görülməsi ilə
bağlı tapşırıqlar verilib.
Fariz
Mədəniyyət.-
2018.- 30 may.- S.6.