Musiqi məktəbinin kollektivi Gürcüstanda çıxış edib

 

 

  Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gürcüstana səfər edib. Kollektiv Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyləri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlərdə konsert proqramları ilə çıxış edib.

   M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunan tədbirdə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev çıxış ediblər.

   Sonra Xırdalan şəhər 11 illik Musiqi məktəbi kollektivinin konsert proqramı təqdim olunub.

   Qonaqlar məktəbin direktoru, Əməkdar müəllim İkram Manafova və kollektivə uğurlar arzulayıblar. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan konsert proqramı da maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 30 may.- S.8.