Balaca ifaçıların sənət hesabatı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 27 nömrəli Uşaq musiqi məktəbi Hacıağa Abbasov adına Mədəniyyət evində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

   Baş idarənin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər musiqi məktəblərinin direktorları tədbirdə iştirak ediblər.

   Məktəbin 1-ci sinif şagirdlərinin ifasında T.Quliyevin "Gəzinti", "Lirik vals", "Dostluq mahnısı", H.Mançininin "Çəhrayı pantera", D.Kabalevskinin "Rondo tokata", A.Qedikenin "Rəqs" və başqa Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 4.