"Dəlinin qeydləri" beynəlxalq festivalda Şövqi Hüseynov növbəti diploma layiq görülüb

 

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiya Federasiyası Tatarıstan Respublikasının Buinsk şəhərində keçirilən "Bua: dialoq məkanı" adlı Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, aktyor festivalda N.V.Qoqolun "Dəlinin qeydləri" əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanı təqdim edib. Tamaşa həm festival təşkilatçıları, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

   Aktyor festivalda uğurlu çıxışına görə diplomla təltif olunub.

 

Mədəniyyət.- 2018.- 30 may.- S.11