"Ey
şanlı Azərbaycan!"
"Oyuq" teatr-studiyasının konsert proqramı
Mayın 28-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrının və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş "Ey şanlı Azərbaycan!" adlı konsert keçirilib.
Tədbir barədə məlumat verən teatrın direktoru Rəşad Əhmədli bildirib ki, Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən gənc nəslin milli dövlətçilik ruhunda tərbiyələndirilməsi missiyasını hər zaman davam etdirir. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca yetirmələri xalqımızın şanlı bayramını konsert proqramı ilə qeyd edir.
Açıq havada təşkil olunan
konsertdə "Oyuq" teatr-studiyası
fəallarının ifasında rəngarəng əyləncəli
proqram və səhnəciklər nümayiş etdirilib. Proqramda Əməkdar artist
Firuzə İbadovanın balaca yetirmələrə
öyrətdiyi xalq və bəstəkar
mahnıları səsləndirilib.
Mədəniyyət.-
2018.- 30 may.- S.10.