Cümhuriyyət məfkurəsi haqqında tələbələr üçün mühazirə

 

 

   Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı guşə yaradılıb. Mərkəzdə həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq fakültəsinin "İncəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisasının III kurs tələbələri üçün "Türkləşmək, müasirləşmək və islamlaşmaq uğrunda" adlı mühazirə keçirilib. Mühazirə zamanı Xalq Cümhuriyyətinin ideoloji banisi olan Əli bəy Hüseynzadənin şəxsi əşyalarından ibarət təqdimat nümayiş etdirilib, onun, Əhməd Ağaoğlunun, digər Cümhuriyyət ideoloqları və qurucularının fəaliyyəti haqqında məlumat verilib.

 

Mədəniyyət.- 2018.- 30 may.- S.15.