Sumqayıt Dövlət Rəsm Qalereyasında müsabiqə

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Göyərçin abidəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş “Göyərçin” uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqəyə uşaq incəsənət məktəblərinin və rəsm dərnəyinin şagirdləri qatılıb.  Rəsmlər peşəkar münsiflər tərəfindən nəzərdə tutulan nominasiya üzrə seçilib.

Müsabiqənin qalibləri “Göyərçin 40” adlı tədbirdə elan olunacaq və mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.3.