EuronewsBeynəlxalq Humanitar Forum haqqında süjet yayımlayıb

 

 

 

Euronewsbeynəlxalq telekanalı 25-26 oktyabr tarixində Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun əhəmiyyəti haqqında süjet yayımlayıb.

Süjetdə forumun başlıca mövzusunun innovasiyalar inkişaf strategiyası olduğu vurğulanır.

İtaliyalı deputat Ettore Rozato bildirib ki, Avropa İttifaqı ənənəvi olaraq dövlətlərarası inteqrasiyaya misal göstərilir. Lakin bu gün Avropanın bəzi ölkələri özünütəcridə, başqaları ilə aralarında divar hörməyə cəhd edir. Avropa tələbə mübadiləsi proqramı qloballaşmaya töhfəsini verib. Forum iştirakçıları qloballaşmanın geri dönməyən proses olduğunu dilə gətiriblər. Forum çərçivəsində iştirakçılar süni intellekt məsələsini geniş müzakirə ediblər.

Xatırladaq ki, “Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr oluna VI Bakı Beynəlxalq Humanitar Forumunda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.5.