“Xəzər balladası” haqqında kitab çapdan çıxıb

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, musiqişünas Zemfira Qafarovanın tərtibçisi olduğu “Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabı nəşr edilib.

Kitab Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun qələmə aldığı, Xəzər neftçilərinin həyatını Avropanın əksər ölkələrində uzun illər təbliğ etmiş “Xəzər balladası”nın 50 illiyinə həsr olunub.

Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.4.