Mədəni marşrutlar layihəsi çərçivəsində bölgələrə səfər

 

 

 

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 40 nəfərə yaxın üzvü 3-4 noyabrda mədəni marşrutlar layihəsi çərçivəsində respublikamızın bölgələrinə səfər ediblər.

Nazirliyin əməkdaşları XIII Nar festivalında iştirak edib, sonra Qəbələ rayonunda olublar. Rayonun tarixi mədəniyyət obyektlərinə baxış keçirilib.

Tur iştirakçıları İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Tarix-diyarşünaslıq muzeyi və Mədəniyyət mərkəzini, daha sonra Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

İsmayıllı rayon Mədəniyyət mərkəzində Lahıc və İvanovka folklor qruplarının konsert proqramı təşkil olunub.

 

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.2.