Cəmilə və Luvr ördəyi qarakalpakca danışır

 

Berdax adına Qarakalpak Dövlət Akademik Musiqili Dram Teatrında (Özbəkistan) dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Cəmilə və Dəniz kənarı ilə qaçan alabaş povesti əsasında Luvr ördəyi tamaşalarının premyerası olub.

Ötən əsrin 50-ci illərindən əsərləri qarakalpak dilinə çevrilmiş Çingiz Aytmatovun yaradıcılığı bu xalqın ədəbiyyatına da müsbət təsir göstərib.

Ədibin 90 illik yubileyi münasibətilə hazırlanmış tamaşalar kollektivin gənc üzvlərinin qüvvəsi ilə ərsəyə gəlib. Cəmilə tamaşasına Marxabay Usenov quruluş verib. Luvr ördəyinin səhnələşdirmə və səhnə quruluşunun müəllifi Muxtar Reymovdur.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.8.