Muzeydə uşaqlar üçün rəsmdən ustad dərsi

 

  

 

Noyabrın 3-də Abdulla Şaiqin mənzil muzeyində “Abdulla Şaiqin nağıl obrazları uşaqların təsvirində” adlı tədbir təşkil olunub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sabir Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Bağırova tədbirdə iştirak edən kiçikyaşlı uşaqlara rəsm sənətindən ustad dərsi keçiblər. Müəllimlərin köməkliyi ilə uşaqlar Abdulla Şaiqin nağıllarından tanıyıb sevdikləri obrazları və payız lövhələrini rəngli qələmlərlə təsvir ediblər. Onlar çəkdikləri rəsmləri mənzil-muzeyə bağışlayıblar.

Sonda tədbir iştirakçıları maraqlı əl işlərinə görə təltif ediliblər. Balacalar muzeyin ekspozisiyası ilə də tanış olublar.

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.8.