Tanınmış musiqişünas Seyran Qafarov vəfat edib

 

 

 

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Seyran Əmir oğlu Qafarov ömrünün 49-cu payızında vəfat edib.

Seyran Qafarov 1969-cu il oktyabrın 2-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə BMA-nınQədim musiqi alətlərinin bərpası təkmilləşdirilməsi  elmi laboratoriyasında işləyib. 1997-2010 illərdə Türkiyədə ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. Həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim işləyirdi.

O, gənc musiqiçilərə Qərb musiqi tarixi, Asiya Afrika xalqlarının musiqisini tədris etməklə yanaşı, BMA-nın laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqında elmi araşdırmalarını davam etdirirdi. S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.

Seyran Qafarov Türkiyə Azərbaycanda bir sıra beynəlxalq simpozium konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub.

Seyran Qafarov 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdi.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.5.