“Evlən, oğul, evlən!..”

 

Başqırd müəlliflərin əsəri Lənkəran teatrında

 

Noyabrın 1-də Lənkəran Dövlət Dram Teatrında başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların qələmə aldıqları “Evlən, oğul, evlən!..” komediyası (tərcümə edəni Ağaddin Babayev) əsasında hazırlanmış tamaşanın premyerası olub.

Kələk üzərində qurulmuş əhvalatın son nəticədə əsl məhəbbətə çevrilməsindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rejissoru Əlibala Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla qarşılanan tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Şəbnəm Hüseynova və Məleykə Cəfərova ifa ediblər.

Qeyd edək ki, bundan əvvəl Lənkəran teatrının səhnəsində Süleyman və Həmdiyə Lətipovların “Şah və əks-səda” əsəri oynanılıb.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.7.