Mikayıl Müşfiqin xatirəsi yad edilib

 

 

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Siyəzən Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər ölməz şairin həyatından, yaradıcılığından danışaraq bildiriblər ki, Müşfiq ədəbiyyat tariximizdə 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Tədbir incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş ifalarla davam edib.

* * *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Mikayıl Müşfiqin 110 illiyi münasibətilə keçirilən tədbirdə rayonun rəsmiləri, təhsil və mədəniyyət işçiləri iştirak edib.

İdarənin rəis müavini Rəfiqə Cəfərova şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ölkə Prezidentinin sərəncamı haqqında məlumat verib, şairin həyat və yaradıcılığından söz açıb.

Tədbirdə Mədəniyyət mərkəzinin hazırladığı “Oxu, tar” adlı kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.4.