Bakının tarixi küçələrinə ekskursiya turları

 

 

 

Avropa İttifaqının təşəbbüsü ilə “2018 – Avropa Mədəni İrs ili” layihəsi çərçivəsində paytaxtımızda noyabrın 1-də başlananFantaziya” mədəni irs festivalı davam edir. Noyabrın 3-4-də festival çərçivəsində Bakının tarixi küçə və məhəllələrinə tur təşkil edilib.

Almaniyanın Azərbaycandakı səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tarixçilərin, peşəkar bələdçilərin dəstəyi ilə gerçəkləşən turun iştirakçıları XX əsrin əvvəlinə aid memarlıq inciləri ilə tanış olublar.

Məlumat verilib ki, tarixi binaların əksəriyyəti neft bumu dövründə avropalı memarlar tərəfindən layihələşdirilib.

Memar Elçin Əliyev “Bakı memarlığında alman irsi” proqramı çərçivəsində alman mənşəli memarların Bakıda qoyduğu izləri, jurnalist Vyaçeslav Sapunov “Əsrlər keçdikcə dəyişən Bakı” proqramı çərçivəsində İçərişəhərin və neft bumu dövrünə aid ilk binaların tarixini, bələdçi Ülkər Mahmudova isə “Bakının gizli küçələri” proqramı çərçivəsində paytaxtın köhnə həyətlərini və memarlıq abidələrini tədqiq edib.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.5.