Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib

 

Bilik Fondu İl boyu bilik proqramına uyğun olaraq, 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə bölgələrdə silsilə tədbirlər təşkil edib.

Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, yerli Pedaqoji Kollecin müəllim və şagird kollektivi müxtəlif günlərdə rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada şəhərin 6 məktəbinin və Texniki təbiət təmayüllü liseyin şagird və müəllim kollektivi iştirak edib.

Daha bir tədbir Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında gerçəkləşib.

Bayram ərəfəsində Bilik Fondunun Qardaşlaşmış məktəblər layihəsinin iştirakçıları olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında Bayrağımız - qürurumuzdur mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.4.