Qusar teatrı “Hərənin öz ulduzu” ilə Xaçmaza gedib

 

 

Noyabrın 7-də Xaçmaz Heydər Əliyev Mərkəzinin akt zalında Qusar Dövlət Ləzgi Dram Teatrı tərəfindən İsi Məlikzadənin əsəri əsasında hazırlanmış “Hərənin öz ulduzu” adlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Nümayişdən öncə tamaşaçılar mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.5.