M.A.P. festivalı “sərhədsiz teatr” konsepsiyasını təqdim edir

 

 

 

Paytaxtda V Beynəlxalq Teatr Konfransının yekunlaşdığı gün sənətsevər və mütəxəssislər üçün xüsusi maraq doğuran daha bir beynəlxalq tədbir – M.A.P. (musiqi, incəsənət, performans) festivalı start götürüb.

“YARAT” Müasir İncəsənət Məkanının layihəsi ikinci dəfə reallaşır. Birincisi ötən ilin noyabrında keçirilən M.A.P. Beynəlxalq Teatr Festivalı bu dəfə əhatə dairəsini genişləndirib. Noyabrın 6-da Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında layihə barədə ətraflı məlumat verilib.

“YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva, festivalın əsas sponsoruBakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və layihənin bədii rəhbəri Kamran Şahmərdan jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalı tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Noyabrın 11-dək davam edəcək builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, RusiyaBritaniyadan teatrların ümumilikdə 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silərək, mədəniyyətləri birləşdirərək insanları bir araya gətirdiyini vurğulayıb: “Biz müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə perfomansları, operabalet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə auditoriyaya azad seçim imkanı verəcəyik”.

Kamran Şahmərdan festival çərçivəsində Aleksandr Vampilovun eyniadlı pyesi əsasında səhnələşdirdiyi “Ördək ovu” tamaşasının təqdim ediləcəyini də diqqətə çatdırıb.

Qeyd olunub ki, İtaliyanın “NoQraviti” Teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa ilə (6 noyabrda Bakı Konqres Mərkəzində göstərilib – red.) başlayan festivalın proqramına gənc azərbaycanlı dirijor Cavad Tağızadənin rəhbərliyi altında Mariinski Teatrının (Sankt-Peterburq) təqdimatında Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyası, dünya şöhrətli rejissorxoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biriQoqol Mərkəzi”nin Nikolay NekrasovunRusiyada yaşamaq kimə yaxşıdır” poeması əsasında hazırlanmış yeni səhnə quruluşu kimi maraqlı tamaşalar daxildir.

Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu sıraya rusiyalı dramaturq-ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyormusiqiçi Aleksandr Dzyuba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir.

MerlinKukla Teatrının təsisçiləri Dimitris StamuDemi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər.

Festivala dəstək verən “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers  deyib: “M.A.P. festivalı Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Milli telekommunikasiya operatoru olanBakcell” Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır”.

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.1;5.