Yeni nəsil dəvət edir

 

 

Tələbələrinin ifasında populyar mahnı və romanslar səslənib

 

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin tələbələrinin “Yada düşər xatirələr” adlı  konserti keçirilib.

Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  reallaşıb.

Konsertdə tələbələrin ifasında E.İbrahimovanın “Daha məndə dözüm yox”, “Ey vətən”, A.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, E.Sabitoğlunun “Neyləyim”, ”Sən mənim deyilsən”, T.QuliyevinYol  ayrıcında”, ”Ey sevincim Bakı”, “Kimsən sən”, X.Mirzəzadənin “Yadındamı”, Ə.AbbasovunHeyran olmuşam”, İ.Babayevanın “O gözlər”, S.Əliyevanın “Qayıt əzizim”, V.Adıgözəlovun “Qərənfil”, “Şuşam lay-lay”, P.Bülbüloğlunun “Gəl, ey səhər” mahnıları səslənib.

Sonda konsertin bədii rəhbəri –Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva tədbirin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.3.