Dünya halifilminin qala-gecəsi

 

Noyabrın 7-də Nizami Kino Mərkəzində müasir Türkiyə kinematoqrafiyasının daha bir nümunəsinin – “Dünya haliromantik komediya filminin qala-gecəsi keçirilib.

Filmdə əsas rolları ifa edən məşhur aktyor və müğənni Murat Dalkılıç, eləcə də aktrisalar Melis SezenSerenay Aktaş da qala-gecəsində iştirak ediblər.

Türkiyəli sənətçilər ölkəmizdə onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnun qaldıqlarını bildiriblər.

Rejissor Ömər Canın çəkdiyi “Dünya halifilmi aşiq olma qorxusu yaşayan Sərdarın və onun məhəbbət bəslədiyi Gizemin sevgi yollarından bəhs edir.

29 yaşlı universitet məzunu Sərdar həyatını animatorluq edərək yaşayan, özünə qapanan bir gəncdir. Uzun müddətdir ki, “Ah, gözəl İstanbul” jurnalında işləyən Gizəmi sevir. Lakin qızın bundan xəbəri yoxdur. Sərdar dostları ilə girdiyi bir mərcin nəticəsində Gizəmlə tanış olub. Bir tərəfdən Gizəmi sevən jurnal müdiri Arda ilə, digər tərəfdən də onu evləndirməyə çalışan anası Həlimə ilə mübarizə aparmağa başlayan Sərdarın işi getdikcə çətinləşir...

Ekran əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.8.