Müasir kitabxanaların aktual problemləri müzakirə olunub

Rusiya Federasiyasının Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində bu ölkənin Milli Kitabxanasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı şəhəri Yasamal rayon MKS-nin direktoru, UNESCO-nun İnformasiya hamı üçün Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova Müasir kitabxanalar: rəqəmsal zamanın problemlərinə cavab adlı məruzə ilə çıxış edib. Məruzədə respublikamızda kitabxana informasiya sahəsinə dövlət qayğısından, ölkəmizdə əsrlərlə formalaşıb inkişaf etmiş multikultural, tolerant mühitdən söz açılıb.

Tədbirdə kitabxana fəaliyyətinin aktual məsələləri müzakirə olunub, beynəlxalq kitab mübadiləsinin vacibliyi vurğulanıb.

Qonaqlar böyük rus bəstəkarı P.İ.Çaykovskinin Votkinskdəki ev-muzeyini ziyarət edib, Buranovo kəndində Bakıda keçirilən Eurovision 2012 müsabiqəsində Rusiyanı təmsil etmiş Buranovo nənələri kollektivinin qonağı olublar.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.4.