Bura Vətəndir!

 

Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutu ilə birgə layihə əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Bura Vətəndir! adlı konsert keçirildi.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Cümhuriyyətin tariximizdəki yeri, fəaliyyəti, onun varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yolu barədə danışdı.

Daha sonra Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu Dədə Qorqud folklor ansamblının konsert proqramı təqdim edildi.

Əməkdar mədəniyyət işçisi, müğənni aşıq Solmaz Kosayeva, Aşur Adıgözəlov, Novruz Novruzlu, aşıq Məharət, bəstəkar-müğənni Çilənay Hüseynova, Ülviyyə Sədaqət və Həlimət Sultanın ifasında muğamlar, aşıq havaları, xalq mahnıları səsləndirildi.

Poeziyamusiqinin vəhdəti tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.5.