Mədəniyyət ocaqlarında bayram konsertləri

 

 

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Dövlət bayrağının təsis edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Konsertdən əvvəl muzeyin şöbə müdiri Mətanət Dadaşova müsəlman Şərqində yaradılmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, üçrəngli bayrağımızın tarixindən söz açıb.

Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kollecinin və Bakı Musiqi Akademiyasının tələbələri musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də iştirak ediblər.

* * *

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət evində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib.

Aparıcı Humay Muxtarova əlamətdar günün tarixindən söz açaraq üçrəngli bayrağımızın 100 il əvvəl qəbul olunduğunu, Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib.

Sonra tanınmış müğənni İzzət Bağırov səhnəyə dəvət olunub. O, bayram münasibətilə hər kəsi təbrik ediböz repertuarından sevilən mahnıları oxuyub.

 

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.5.