“Nar bağıdaha bir festivalda mükafat qazanıb

 

 

 

Polşanın Lüblin şəhərində keçirilmiş “Golden Anteaters-2018” kinofestivalının qalibləri bəlli olub. 8 tammetrajlı 128 qısametrajlı filmin iştirak etdiyi festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağıfilmi baş mükafataQran-priyə layiq görülüb.

2017-ci ildə çəkilmiş filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov İlqar Nəcəfdir.

Bir Azərbaycan ailəsinin dramatik həyatından bəhs edən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt digərləri canlandırıblar. Ekran əsəri indiyədək bir neçə festivalda mükafat qazanıb.

 

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.8.