Azərbaycan ifaçıları Moskva Konservatoriyasında

 

 

 

Noyabrın 16-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkar, pianoçu, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyovanın konserti olacaq.

“Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera salonlarında” proqramı çərçivəsində gerçəkləşəcək konserti sənətşünaslıq doktoru Rauf Fərhadov açacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək musiqi gecəsində E.Sati, B.F.Stravinski, F.Qarayev, İ.Hacıbəyov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.8.