UNESCO Strategiya Forumunda Bakı Prosesi haqqında məlumat verilib

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində təşkilatın dəyər prinsipləri kobudcasına pozulub

 

Noyabrın 13-də Koreya Respublikasının Xarici İşlər Nazirliyi UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Seul şəhərində 2018-ci il UNESCO Strategiya Forumu keçirilib. Forumda ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə UNESCO-nun qarşılaşdığı təhdidlər, gələcək fəaliyyət strategiyası üzv dövlətlərin təşkilat ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

E.Sultanov forumun UNESCO üzv dövlətlərin gözü ilə adlı sessiyasında təqdimatla çıxış edib. O, Azərbaycan-UNESCO əlaqələrindən danışaraq ölkəmizin təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirib. Səfir Bakı Prosesi haqqında da məlumat verib. Vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi mədəniyyətlərarası dialoqun təşviqi sahəsində qlobal platformaya çevrilib.

E.Sultanov Bakı Prosesi çərçivəsində həyata keçirilən UNESCO-Azərbaycan əməkdaşlığının bunun bariz nümunəsi olduğunu deyib. Bu il Bakı Prosesinin 10 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb.

Xüsusi tapşırıqlar üzrə səfir Azərbaycanla UNESCO arasında mövcud sıx əlaqələrin inkişafında genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər prinsiplərinin kobudcasına pozulduğunu diqqətə çatdıran diplomat Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən mədəni işğal təmizləmə siyasəti nəticəsində ölkəmizə məxsus bütün tarixi mədəni irsin məhv edildiyini bildirib beynəlxalq ictimaiyyəti buna qarşı öz səylərini artırmağa çağırıb.

E.Sultanov, həmçinin UNESCO-nun qarşılaşdığı təhdidlər, nəzərdə tutulan islahatlar prosesi gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov da tədbirdə iştirak edib.

Sonda Bakı Prosesinin 10 illiyi ilə bağlı videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.1-2.