Ölkəmiz beynəlxalq teatr forumunda təmsil olunacaq

 

 

 

Noyabrın 26-dan 30-dək Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illiyi münasibətilə “Təcrübədən kamilliyə” adlı musiqili teatrların beynəlxalq forumu keçiriləcək.

Forumda Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev iştirak edəcək.

Əliqismət Lalayev bildirib ki, tədbirdə “Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri” adlı məruzə ilə çıxış edəcək.

Direktor qeyd edib ki, beş gün davam edəcək forumun proqramına “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, vokal artistləri, rejissor və xoreoqrafların ustad dərsləri, tamaşaların nümayişi daxildir.

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.3.