Möcüzəli səslər xəzinəsi

 

Dövlət Səs Yazıları Arxivinin direktoru, Əməkdar mədəniyyət işçisi Həsənxan Mədətovun Möcüzəli səslər xəzinəsi adlı kitabı işıq üzü görüb.

Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminovun bildirdiyinə görə, yeni nəşrdə 1968-ci ildən bəri bu sahədə aparılan işlərdən, habelə səs yazılarının toplanılması, gələcək nəsillərə çatdırılması, mövcud problemlərdən və onların həlli yollarından söz açılır.

Qeyd edək ki, bu il 50 yaşı tamam olan Dövlət Səs Yazıları Arxivi öz sahəsi üzrə ölkədə yeganə elmi-metodiki mərkəzdir. Qurumun əsas məqsədi respublikanın ictimai-siyasi, tarix, elm və mədəniyyətini özündə əks etdirən bədii, sənədli audio-video sənədləri toplayıb dövlət mühafizəsini təmin etməkdir.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.6.